BİLƏSUVAR, 16 oktyabr. TELEQRAF

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

Minik və yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.