CƏLİLABAD, 14 oktyabr. TELEQRAF
Cəlilabadda sahibsiz itlər sakinlərə hücum edib.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, rayon ərazisində sürü halında dolaşan itlərə qarşı tədbir görülməməsi narazılıq doğurur.
Ötən günlərdə şəhərin Mehdi Hüseyn küçəsi, 16 ünvanda sahibsiz itlər məktəbdən qayıdan şagirdə hücum edib. Ətrafdakı sakinlərin müdaxiləsi nəticəsində azyaşlı xəsarət almadan xilas olunub.
Bu gün isə itlərin görüntülərini telefona çəkən küçə sakini Zəka Quliyev itlərin hücumuna məruz qalıb.
Valideynlər övladlarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirirlər.