AĞDAM, 14 oktyabr. TELEQRAF

Ağdamda insan sümüklərinin qalıqları tapılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, sümük qalıqları rayonun Tağıbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalara başlayıb.