XANKƏNDİ, 13 oktyabr. TELEQRAF

Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinəhəsr edilmiş “Mənəvi dəyərlər” həftəsi davam edir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərə görə, zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər” həftəsinin növbəti günü Xankəndində keçirilir.

Layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı həyata keçirilir. Layihənin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli - mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə, eləcə də irsimizə bağlılığın təşviq edilməsidir.

“Mənəvi dəyərlər” günü çərçivəsində baş tutan tədbirdə, Qarabağ Universiteti və Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin mühazirələri dinlənilənilib.

Qeyd edək ki, tədbir iştirakçıları əvvəlki günlər Qarabağa səfərləri çərçivəsində Füzuli, Zəngilan, Cəbrayıl rayonunda Xudafərin körpüsü. Şuşa şəhərində isə Şuşa qalası, Cıdır düzü, tarixi Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı və Mamayı məscidlərini ziyarət ediblər.