BEYLƏQAN, 13 oktyabr. TELEQRAF

Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alan qardaşlardan biri ölüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Beyləqan rayonu Birinci Şahsevən ndi ərazisində baş verən qəza zamanı ağır xəsarət almış 3 nəfərdən biri, 1996-cı il təvəllüdlü Elvin Həşimov həkimlərin göstərdikləri səylərə baxmayaraq xəstəxanada həyatını itirib.

Qəza zamanı xəsarət alan digər 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Qəzaya düşənlər ANAMA əməkdaşlarıdır.

Ülvi Həşimov və Məhərrəm Səfərovun müalicəsi davam edir.

TƏBİB baş verən ölüm faktını təsdiqləyib. Bildirilib ki, qəzada travma almış 1996-cı il təvəllüdlü şəxsə göstərilən ilkin tibbi yardımlara baxmayaraq 13 oktaybr 2025-ci il tarixdə, saat 13:30-da ölüm faktı qeydə alınıb.

Digər pasiyentlərin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

10:15

***

Beyləqanda baş verən qəza zamanı ikisi qardaş olmaqla 3 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsi rayonun Birinci Şahsevən kəndi ərazində baş verib.

"Lada Xəzər" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu, 1996-cı il təvəllüdlü Həşimov Elvin Bariz oğlu və 1999-cu il təvəllüdlü Səfərov Məhərrəm Elman oğlu ağır xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəzaya düşənlər nişan mərasimindən qayıdan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, 13 oktyabr 025-ci il tarixdə saat 05:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Pasiyentlərin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.