ŞUŞA, 10 oktyabr. TELEQRAF
“İtkin düşmüş şəxslərlə bağlı problemin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçıları Şuşaya türməsində olublar.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səfər iştirakçıları Şuşa şəhəri ilə tanış olub, daha sonra onlar vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanasına baş çəkiblər. İştirakçılara həbsxana, burada işgəncə ilə öldürülmüş insanların basdırıldığı yerlər haqqında məlumat verilib.
Sabah tədbir iştirakçılarının Cəbrayıl rayonuna səfəri, həmçinin Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində yeni məskunlaşma yerlərini ziyarəti nəzərdə tutulur.
***
17:33
Səfər iştirakçıları Şuşada ermənilər tərəfindən güllələnmiş heykəllərə baxış keçiriblər.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti Şuşa şəhər xüsusi nümayəndəsi Aydın Kərimov qonaqalara Ü.Hacıbəylinin, Xurşudbani Natavanın və Bülbülün güllələnmiş heykəlləri haqqında məlumatı məlumat verib.
Qonaqlar daha sonra azərbaycanlıların əsirlikdə olduğu müddətdə işgəncələrə məruz qaldıqları Şuşa həbsxanasında olacaqlar.
***
17:01
“İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçıları Ağdərədən sonra Şuşaya səfər ediblər.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səfər iştirakçıları Şuşa şəhəri ilə tanış olublar, kilsəyə baş çəkiblər.
Sabah isə tədbir iştirakçılarının Cəbrayıl rayonuna səfəri, həmçinin Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində yeni məskunlaşma yerlərinə ziyarəti nəzərdə tutulur.