GƏNCƏ, 9 oktyabr. TELEQRAF
Gəncə şəhəri Dədə Qorqud küçəsində Zərinə Ağayevaya məxsus evdə baş verən partlayış zamanı xəsarət alan Elnur Qurbanov gecə saatlarında ağır vəziyyətdə Bakıya göndərilib.
Telerqraf-ın Qərb bürosu xəbər partlayış zamanı E.Qurbanov həmin evdə usta kimi çalışırmış. İlkin ehtimala görə, partlayış kimyəvi maddə olan dolğunun istifadəsi zamanı baş verib.
Faktla bağlı araşdırma başlanılıb.
Xəsarət alan E. Qurbanovun fotosunu təqdim edirik.

***
2025.10.09
17:49
Xəbər verildiyi kimi, Gəncə şəhəri ərazisində yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Partlayış dalğasının təsirindən 1989-cu il təvəllüdlü Qurbanov Elnur Nazim oğlu və 1963-cü il təvəllüdlü Nağıyeva Zərinə Abuzər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
17:06
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İ.Cəfərov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
***
16:59
Gəncə şəhərində yaşayış binasının beşinci mərtəbəsinbdə partlayışdan sonra yanğın olub.
Teleqraf-ın yerli bürosu xəbə verir ki, hadisə Zarina Nağıyevaya məxsus 5 otaqlı evdə baş verib.
Mənzildə olan Elnur Qurbanov müxtəlif yanıq xəsarətləri ilə Gəncə şəhərindəki tibb müəssisələrindən birinə, oradan isə Bakı şəhərinə aparılıb.
Faktla bağlı araşdırma başlanıb.
***
16:44
Gəncədə beş mərtəbəli yaşayış binalarından birində yanğın başlayıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə binaların birinin beşinci mərtəbəsində qeydə alınıb. Yanğın yerinə Fövqaladə Hallah Nazirliyinin (FHN) Gəncə Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.