Emin Hüseynov:

BAKI, 9 oktyabr. TELEQRAF

İşğaldan azad edilmiş ərazilərdə yerli sakinlərinlə yanaşı iş adamlarının da məskunlaşması üçün dövlət tərəfindən lazimi dəstək göstərilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Hadrut qəsəbəsinin azad olunması günü qəsəbəyə gələn Ağdam, Xocavənd Füzuli rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O, qəsəbədə görülən yenidənqurma işləri ilə tanış olub. Prezidentin tövsiyələrini tikinti şirkətlərinin əməkdaşlarına çatdırıb.

Prezidentin xüsusi nümayəndəsi işçi heyətlə görüş zamanı media nümayəndələrinə də görülən işlərlə bağlı məlumat verib.

E.Hüseynov jurnalistlərə bildirib ki, ümumilikdə Hadrut şəhəri ilə bağlı layihədə mərkəzi yol, kommunikasiya xətlərinin çəkilişi, qəsəbədə mərkəzi meydanının pərpa olunması, o cümlədən birinci mərhəhələdə 79 evin təmir olunaraq sakinlərin ora köçünün təmin edilməsi nəzərdə tutulub:

"Sentyabr ayının 14-də 10 ailə Hadrut qəsəbəsinə köçüb. Biz bu ayın sonuna kimi və növbəti aylarda qalan evlərə də sakinlərin köçünü təmin etməyi planlaşdırırıq. Köçün davamı 2026-cı ildə olacaq. Digər kənd və yaşayış məntəqlələrində də bərpa işlərinə başlamışıq. Bu ilin sonuna qədər 1552 ailənin öz doğma dədə-baba yutduna qayıdışı planlaşdırılır.

Gələn il isə iki minə yaxın ailə doğma torpaqlara qayıcaq. Ola bilər, bu rəqəm bir az da artsın".