AGSTAFA, 23 avqust. TELEQRAF
Ağstafa rayonunda bir nəfərin ölümü və daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Böyükkəsik - Saloğlu yolunda baş verib.
"Toyota" markalı avtomobilin aşması nəticəsində 2002-ci il təvəllüdlü Zəlimxan kənd sakini Ayxan Məmmədov hadisə yerində vəfat edib.
Avtomobildə olan daha bir nəfər isə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, A. Məmmədov yaxın günlərdə diplom alıbmış və dostları ilə bu hadisəni qeyd etmək istəyirmiş.
***
17.23
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Zəlimxan kənd sakini Ayxan Məmmədov vəfat edib.
Daha bir nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.