BAKI, 6 avqust. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi məqsədilə avqustun 7-8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Teleqraf xəbər verir ki, məlumatı Ermənistan Baş nazirinin mətbuat xidməti yayıb.

Məlumatda o da bildirilir ki, N.Paşinyan Amerika lideri və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək üçün üçtərəfli görüş keçirəcək.