BAKI, 4 avqust. TELEQRAF

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə iyulun 28-dən avqustun 3-dək icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 48 piyada və 15 tank əleyhinə mina, həmçinin 309 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Həmçinin qeyd edilib ki, 1 726.1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, adıçəkilən ərazilərdə minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirilir.