Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

Teleqraf.com xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 yük və 5 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçid ediblər.

Avtomobillərin içərisində erməniəsilli şəxslər də olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 19-a çatıb.

***

10:00

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 12 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

Teleqraf.com xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 6 yük və 6 minik avtomobili Xankəndindən Laçın istiqamətinə keçid ediblər.

Avtomobillərin içərisində erməniəsilli şəxslər də olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.//Report