BAKI, 21 avqust. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın "Maşa və Ayı" cizgi serialının yaradıcılarına qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, Zelenskinin veb saytında dərc olunmuş fərmanlara görə, "Animaccord" studiyasına və serial prodüseri Dmitri Loveikoya qarşı sanksiyalar tətbiq edilib. Siyahıda animator Oleq Kuzovkov da var.
Fərman beş fiziki və dörd hüquqi şəxsə qarşı 10 il müddətinə sanksiyalar tətbiq edir.
Zelenskinin veb saytında iddia olunur ki, "Maşa və Ayı" cizgi serialı "Ukraynanın milli təhlükəsizliyinə təhdid" yaradır. Sanksiyalar Ukraynada seriala girişi bloklayır.