BƏRDƏ, 20 avqust. TELEQRAF
Bərdədə 54 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində ölüb.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.
1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyərkən tövlədəki elektrik naqilinin açıq hissəsinə toxunub.
Nəticədə elektrik cərəyanının vurduğu M.Həsənov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.