BAKI, 20 avqust. TELEQRAF
“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Tvente”ni məğlub edib.
Teleqraf xəbər verir ki, Niderlandda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.
Beləliklə, “Qarabağ” cavab oyunu öncəsi üstünlük əldə edib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.
***
23:11
"Qarabağ" "Tvente" ilə oyunda hesabı açıb.
Teleqraf xəbər verir ki, 52-ci dəqiqədə Kadi Borges "Qarabağ"ı hesabda önə keçirib - 1:0.
***
23:04
"Tvente" - "Qarabağ" matçında ikinci hissə başladı.
***
22:47
"Tvente" - "Qarabağ" matçında ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, qarşılaşmanın birinci hissəsində hesab açılmayıb.
***
22:00
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Cütün qalibi iki oyunun nəticəsinə əsasən UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, “Qarabağ” və “Tvente” arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.