BAKI, 20 avqust. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Çernomorsk limanında Ukraynaya məxsus iki yük gəmisinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gün ərzində həyata keçirilən hücumlar nəticəsində gəmilərlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün nəzərdə tutulan yanacaq və sürtkü yağları ilə dolu çən də məhv edilib.