BAKI, 20 avqust. TELEQRAF

Nigeriyada batan qayığın batması nəticəsində əksəriyyəti uşaqlar olmaqla azı 43 nəfər boğulub.

Teleqraf xəbər verir ki, yerli medianın məlumatına görə, hadisə ölkənin şimalındakı Sokoto ştatının Gorau kəndi yaxınlığında baş verib.

Gəmidə olan 70-dən çox insandan 16-sı xilas edilib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.