BAKI, 21 avqust. TELEQRAF

İranla əlaqələri davam etdirən ölkələr ciddi iqtisadi tənəzzüllə üzləşə bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent “X” hesabında bildirib.

“Tehranla qalan istənilən əlaqə, bu əlaqələrin məqsədli şəkildə qurulmasından və ya şüurlu şəkildə görməzdən gəlinməsindən asılı olmayaraq, istənilən ölkənin iqtisadi tənəzzülünü sürətləndirəcək”, - Bessent qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İrana qarşı “misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid” siyasətinə başlandığını elan edib.

Tramp həmçinin maliyyə institutları, müəssisələri, hava limanları və ya dövlət strukturları vasitəsilə Tehrana dəstək verən ölkələrin ABŞ tərəfindən ciddi iqtisadi nəticələrlə üzləşəcəyini bildirib.