BAKI, 20 avqust. TELEQRAF

Peruda 6,6 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar Perunun mərkəzi hissəsində, Ayakuço regionunun Parinaçokas əyalətindəki Korakora şəhərindən 50 kilometr şimal-şərqdə, 73 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumatlara görə, ölən və yaralananlar yoxdur