BAKI, 20 avqust. TELEQRAF
ABŞ Qətərə ümumi dəyəri 4,5 milyard dollar olan dörd KC-46A tanker təyyarəsinin satışını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.
Bu razılaşma Vaşinqton üçün vacib strateji tərəfdaş və Yaxın Şərqdə siyasi sabitliyin amili olan Qətərin təhlükəsizliyini gücləndirəcək.
Təchizat həmçinin Qətərə mövcud və gələcək təhdidlərə qarşı mübarizə aparmaq üçün imkanlarını genişləndirməyə və regional təhlükəsizliyin təmin edilməsindəki rolunu gücləndirməyə imkan verəcək.
Sazişin əsas podratçıları Boeing, Pratt & Whitney Military Engines, RTX Corporation və Northrop Grumman Corporation olacaq.