BAKI, 20 avqust. TELEQRAF

ABŞ hakimiyyəti şiə təşkilatı Hizbullahı maliyyələşdirdiyinə görə 10 nəfərə məhdudiyyətlər tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Sənəddə göstərildiyi kimi, agentlik Hizbullaha vəsait köçürməkdən məsul olan şəbəkənin bir hissəsi olan 10 şəxsi sanksiyalaşdırıb. Sənədə görə, bu şəbəkə yüz milyonlarla dollar köçürmək üçün Livan, Türkiyə, BƏƏ və İran arasında kommersiya uçuşları həyata keçirən kuryerlərdən istifadə edir. Amerika tərəfinin fikrincə, bu, Hizbullaha valyuta əldə etməyə və sanksiyalardan yayınmağa imkan verir. Məhdudiyyətlərlə üzləşənlər arasında Türkiyə vətəndaşları da var.

ABŞ-ın terrorçu qrup hesab etdiyi Hizbullahın İran və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunduğuna inanır.