Bu gün Qarabağ Dirçəliş Fondunun qonağı olduq və həmkarım Rəhman müəllim ilə işğaldan azad olunmuş ərazilərin bərpası barədə faydalı müzakirə keçirtdik.

Teleqraf.com-un məlumatına görə, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (QİRİAOƏ) (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

“Görüşdən sonra QDF tərəfindən QİRİAOƏ-ə Azərbaycan Respublikasının xüsusi nümayəndəliyinə pick-up tipli avtomobil ianə edildi. Dərin təşəkkürümüzü bildiririk!” - deyə Emin Hüseynov əlavə edib.