TƏRTƏR, 22 avqust. TELEQRAF
Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Bayandurlu kəndi ərazisində qeydə alınıb.
Tərtər rayonunun Xoruzlu kənd sakini Nəbiyev Tural idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 55 yaşlı Əliyev Qəribxan Cavanşir oğlunu vurub.
Sürücü xəsarət alan Qəribxan Əliyevi xəstəxanaya çatdırmağa çalışsa da, piyada yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.