Tailandın paytaxtı Banqkokda BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 78-ci sessiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, Ermənistanı sessiyada Vahram Kajoyanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Kajoyan sessiyada Azərbaycan və Ermənistan arasındakı 44 günlük müharibədən danışıb.
O, BMT-nin müharibədən sonra Qarabağdakı separatçılara humanitar yardım göstərmədiyini bildirib.