Ermənistan Baş naziri Nikol Paşinyan Moskvaya getməzdən əvvəl Qarabağ separatçılarının başçıları Araik Arutyunyan və Vitali Balasanyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan Moskvaya getməzdən əvvəl Araik Arutyunyan və Vitali Balasanyanla görüşüb. Arutyunyan Paşinyandan “Artsax”ın qəbul etdiyi “bəyanat”dakı əsas vurğuları nəzərə almağı istəyib”, - qəzet bildirib.
Ermənistan baş naziri Rusiyanın paytaxtına bu gün gedəcək. Paşinyan gün ərzində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.