BAKI, 29 oktyabr. TELEQRAF
"Bizim konstitusiyalarımız ən çətin illərdə qəbul edilib. Eyni zamanda konstitusiyalarımız yeni zamanın çağırışlarına əsasən icra edilir. Bu da dünya təcrübəsinə tam uyğundur".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Qazaxıstan Parlament Məclisinin üzvü Aydos Sarım deyib.
O qeyd edib ki, konstitusiya dövlətin və xalqın həyatı ilə birbaşa əlaqəlidir.
"Qazaxıstan Konstitusiyasında bəzi dəyişiklər edilib. Bu dəyişiklərin qəbul olunması həm daxili, həm də xarici çağırışlara cavab olub. Sözsüz ki, bu da ölkədə vətəndaşlar və dövlət arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib”.