BAKI, 29 oktyabr. TELEQRAF

"Azərbaycan xalqını konstitusiya və suverenlik ili münasibəti ilə təbrik edirik. Konstitusiya xalqın və dövlətin suverenliyini təmin edən mühüm sənəddir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Kamboca Milli Assambleyasının sədrinin ikinci müavini Sot Vonq deyib.

O qeyd edib ki, dövlətin suverenliyi şərtsiz formada təmin edilməlidir: “Kamboca və Azərbaycan milli sülh və tarixlə bağlı oxşar xüsusiyyətlərə malikdir. “Sülhə görə təşəkkürlər” Kamboca xalqının əsas deyiminə çevrilib. Amma bu gün Kamboca kənar bir ölkə tərəfindən təhdidlərlə üzləşib. Buna baxmayaraq sülh naminə və kənar müdaxilələrin qarşısının alınması üçün beynəlxalq çağırışların prosesin qarşısını alacağına əminik”.