BAKI, 29 oktyabr. TELEQRAF
"Konstitusiya xalqa məxsus iradənin ifadəsidir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Serbiya Milli Assambleyanın sədr müavini Covan Canciç deyib.
O qeyd edib ki, bu heç də ixtiyari şəkildə qəbul edilən sənəd deyil: "Yəni, o yarandığı cəmiyyətin xüsusiyyətlərindən qaynaqlanır. Konstitusiya xarici orqanizm kimi qəbul edilsə idi, o uzunmüddətli ola bilməzdi. Bunun bariz nümunəsi İngiltərədə mövcuddur.
Eyni zamanda biz ABŞ konstitusiyasını ən qədim konstitusiya kimi dəyərləndirə bilərik. Amma deyə bilmərik ki, İngiltərənin konstitusiyası yoxdur. Bu mövcuddur, amma onun forması və məzmunu tamam fərqlidir”.