BAKI, 19 may. TELEQRAF
"Pay torpaqlarında evlərin tikilməsi məsələsinin müzakirəsinə ehtiyac var”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında çıxış edərkən deyib.
O bildirib ki, vərəsəliklə bağlı da çox sayda işlər məhkəmələrdədir:
"Pay torpaqlarında xeyli evlər tikilib ki, bu da problem yaradır. Valideyn 30 il qabaq pay torpaq alıb, indi yoxdur. Evlərin yeri düz gəlmir. Vərəsələr arasında problemlər yaranır".