BAKI, 16 may. TELEQRAF
"Tibb sahəsində 70 yaşı olan insanlar da çalışırlar".
Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü iclasında bildirib.
Nazir 65 yaşlı şəxslərin sertifikasiyaya cəlb edilməsi məsələsinə münasibət bildirərkən deyib:
"Biz mütəmadi olaraq həmin şəxslərin müqaviləsini 1 il -1 il üzadaraq, 70 ilə qədər çatdırırıq. Tibb sahəsi tək bilik bacarıq deyil, təcrübə üzərində formalaşır. Onların sertifikasiyaya cəlb olunması əqli fəaliyyətini də qiymətləndirir. Bəzi ölkələrdə 70 yaşından sonra tibb işçiləri üçün xüsusi komissiya yaradılır və buradan keçən insanlar fəaliyyətini davam etdirirlər. Bu, gələcəyin işidir və bununla bağlı müvafiq addımlar atılır".