BAKI, 16 may. TELEQRAF

İstilik təchizatı sahəsinin özəlləşdirilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənqulyev “İstilik təchizatı haqqında” Qanunun müzakirəsi zamanı deyib.

O bildirib ki, bu addım atılmadan yüksək xidmətə nail olmaq olmaz:

"Vaxtilə Baş nazir Əli Əsədova da müraciət etmişdim ki, istiliyin verilməsi günlə müəyyən olunsun. Ancaq istilik havanın temperaturu ilə müəyyən olunmalıdır. Qanunda qeyd edilməlidir ki, məsələn, hava 18 dərəcəyə düşəndə istllik işə salınsın. Dəfələrlə mənə bu yöndə müraciətlər olur. Vətəndaşlar deyir ki, hava soyuyur, enerjidən istifadə olunur. Bu da əlavə maddi itkilərə səbəb olur və yüklənmələr baş verir. İstilik verilən evlər daha çox 9 mərtəbəli panel binalardır. Havalar soyuyan kimi evlər də soyuyur. Həmçinin vətəndaşlarla imzalanan müqavilələrin nümunələri qanunda yer almalıdır".