BAKI, 13 may. TELEQRAF
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb.
Teleqraf xəbər verir ki, mayın 16-da keçiriləcək iclasın gündəliyinə 12 məsələ daxil edilib.
Müzakirə ediləcək məsələlər aşağıdakılardır:
1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə insan alverinə qarşı mübarizəyə dair məlumatı.
2. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).
3. Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).
4. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).
5. “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).
6. Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).
7. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununda dəyişiklik edilməsi barədəqanununun layihəsi (üçüncü oxunuş).
8. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (birinci oxunuş).
9. “İstilik təchizatı haqqında” qanununun layihəsi (birinci oxunuş).
10. Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi (birinci oxunuş).
11. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi (birinci oxunuş).
12. Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsi (birinci oxunuş).