BAKI, 9 sentyabr. TELEQRAF

“2025-ci il oktyabrın 4-də Gürcüstanda hakimiyyəti devirməyə cəhd Avropa İttifaqından (Aİ) “yaşıl işıq” yandırıldıqdan sonra həyata keçirilib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

“Gürcüstan hakimiyyətinə qarşı aksiyalar qismən Aİ-nin pulları ilə maliyyələşdirilir. Bura “Molotov kokteylləri”ndən istifadəyə haqq qazandıran və bunu təşviq edən kampaniya da daxildir. Məhz Brüsseldən “yaşıl işıq” yandırıldıqdan sonra ötən il oktyabrın 4-də hakimiyyəti devirmək üçün uğursuz cəhd edildi”, - spiker bildirib.

Şalva Papuaşvili Avropa İttifaqının Gürcüstana qarşı siyasətinin dalana dirəndiyini iddia edib.

O, hesab edir ki, Aİ Gürcüstanla münasibətləri normallaşdırmaq istəyirsə, aqressiv ritorikaya son qoymalı və iflasa uğramış inqilab ssenarisinə informasiya dəstəyini dayandırmalıdır.