BAKI, 1 dekabr. TELEQERAF
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.
Teleqraf xəbər verir ki, Səbail Rayon Məhkəməsi Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.
Qeyd edək ki, Əli Kərimlinin ittiham olunduğu maddəyə görə, on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.