BAKI, 24 noyabr. TELEQRAF
Moskvanın Çeremuşkinski Məhkəməsi jurnalist və Moskva Patriarxlığının nəşriyyat evinin keçmiş əməkdaşı Kseniya Luçenkonun barəsində qiyabi həbs qərar verib.
Teleqraf xəbər verir ki, o, Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda təqsirli bilinir.
Hüquq-mühafizə orqanları Luçenkonu beynəlxalq axtarışa verib.
Oktyabrın 17-də Rosfinmonitorinq onu terrorçular və ekstremistlər siyahısına əlavə edib. Luçenko 2022-ci ilin aprelindən Rusiyadan kənarda yaşayır.