GÖYGÖL, 28 oktyabr. TELEQRAF
Göygöldə 62 yaşlı kişinin meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. 1964-cü il təvəllüdlü İntiqam Musayevin yaşadığı evdə meyiti aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşkları cəlb olunub. İlkin məlumata görə, 62 yaşlı şəxs yıxılaraq aldığı xəsarətlər sonrası vəfat edib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.