BAKI, 7 sentyabr. TELEQRAF

Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində Nizami Tibb Mərkəzinin reanimasiyaya yerləşdirilib.

Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1931-ci il təvəllüdlü qadın 2 yanvar 2026-cı il tarixində saat 00:30 radələrində ağır vəziyyətdə Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsinə hospitalizasiya olunub.

Baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir.