BAKI, 5 sentyabr. TELEQRAF

Bakıda Şanlıurfanın tarixi və mədəni irsini tanıtmaq məqsədilə “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” adlı ikigünlük tədbirin açılış mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar mətbuata açıqlamasında Bakı ilə Şanlıurfa arasında tarixi və mədəni baxımdan oxşarlıqların olduğunu bildirib.

Bələdiyyə sədri Azərbaycan ilə Şanlıurfa arasında birbaşa uçuşların həyata keçirilməsinin mümkün olacağını da vurğulayıb.

Bakı Yunus Əmrə İnstitutunun sədr müavini Ömer Yıldız da tədbirin əhəmiyyətindən danışıb.

O, Şanlıurfanın, xüsusilə də Göbeklitəpənin yerləşdiyi qədim diyarın Azərbaycanda tanıdılmasının əsas məqsədlərdən biri olduğunu vurğulayıb.