BAKI, 22 oktyabr. TELEQRAF

Bu gün FIFA Şurası Bürosunun iclası keçirilib.

AFFA-dan Teleqraf-a verilən məlumata görə, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının tarixi rəsmən açıqlanıb.

Yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.