BAKI, 4 fevral. TELEQRAF
Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə "Azərbaycan Televiziya və radio Verilişləri" QSC-nin bədii rəhbəri təyin olunub.
Teleqraf xəbər verir ki, Mehriban Ələkbərzadə bu barədə sosial media hesabında məlumat verib.
"Bu illər ərzində 70 dən artıq film, proqram və tamaşa müəllifiyəm. Uzun illər televiziya fəaliyyətim olub və olacaq. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun inamlı dəvətinə görə minnətdaram",-deyə o, əlavə edib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin qərarına əsasən dövlət teatrlarında struktur dəyişiklikləri həyata keçirilib. Qərara uyğun olaraq, baş rəssam və bədii rəhbər vəzifələri ləğv edilib. O, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri idi.