BAKI, 4 mart. TELEQRAF
Onilliklər boyu keçmişə səyahət qeyri-real hesab olunurdu. Amma kainatın necə yarandığına dair anlayış genişləndikcə, demək olar ki, hər gün yeni kəşflər ortaya çıxır.
Teleqraf xəbər verir ki, elm adamları “keçmişə səyahət” edə bilən komet kəşf ediblər.
Alimlər 41P/Tattl-Yakobini-Kresak (41P/Tuttle-Giacobini-Kresak) kometini müşahidə edərkən onun sürət və orbitini qəfil dəyişdiyini üzə çıxarıblar. Bildirilib ki, bu komet Günəşə yaxınlaşdıqca “zamanla geriyə səyahət etmək” qabiliyyətinə malikdir.
Günəşin yanından keçərkən 41P/Tattl-Yakobini-Kresak öz fırlanma istiqamətini dəyişir. Bu, komet yüksək sürətlə qaz püskürdükdə baş verə bilər, bu zaman onun fırlanması demək olar dayanır, sonra əks istiqamətdə hərəkət etməyə başlayır.
Araşdırma həmçinin göstərir ki, 41P/Tattl-Yakobini-Kresak kometi kartof və ya uzunsov dairəyə bənzəyir. Alimlər bu göy cismini daha ətraflı öyrənmək üçün tədqiqatı davam etdirmək istəyirlər.