BAKI, 26 sentyabr. TELEQRAF
NASA mütəxəssislərinin də üzv olduğu beynəlxalq alimlər komandası olan “arXiv”, 2024 YR4 asteroidini nüvə silahı ilə məhv etməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə komandanın saytında yerləşdirilən araşdırmada qeyd olunur.
Alimlər 2024 YR4 asteroidinin Ay və ya Yer ilə toqquşmasının qarşısını almaq üçün iki fəaliyyət variantı təklif ediblər. Birincisi - asteroidin orbitini dəyişdirmək, ikincisi isə kosmik cismi nüvə silahı vasitəsilə məhv etmək. Sonuncu variant üçün bir meqaton gücündə atom bombasının tətbiqinin kifayət edəcəyi bildirilir.
Qeyd edək ki, 2024 YR4 asteroidi 2024-cü ilin dekabrında aşkar edilib. Müşahidə məlumatlarına görə, təxminən 60 metr diametrə malik olan bu asteroid əksər asteroidlər kimi adi kartofşəkilli formada deyil, daha çox xokkey şaybası xatırladan yastı disk formasındadır.