BAKI, 23 sentyabr. TELEQRAF

Elə ilk gündən Hindistandan qaçmaq istəyirsən.

Teleqraf xəbər verir ki, məşhur rusiyalı səyahət blogeri Denis Zabelin Hindistana səfərini belə təsvir edib.

Onun sözlərinə görə, Dehli şəhərinin dəbdəbəli hava limanından çıxan turistlər yoxsulluq və zibil görürlər. Şəhərin özündə isə çoxsaylı zibilxanalara rast gəlmək mümkündür.

“Sadəcə qoxuyan deyil - çəkisi və dadı olan hava. Yollarda xaos, qaydaların şərti olduğu və siqnalın əsas ünsiyyət vasitəsi olduğu bir yer”, - bloger bildirib.

O həmçinin əlavə edib ki, təmizlik yalnız məşhur görməli yerlərin içərisindədir, hasarın arxasında isə açıq kanalizasiya xəndəkləri, zibillikdə oynayan çılpaq uşaqlar və inəklər görmək olar.