BAKI, 27 may. TELEQRAF
Finlandiyanın Kotka şəhərinin yerli hökuməti XVIII-XIX əsrlərdə tikilmiş Küminlinna qalasını satın alıb.
Teleqraf xəbər verir ki, sövdələşmənin dəyəri 1 avro təşkil edib.
Bərpa işlərindən sonra tarixi obyekt muzeylər və tədbirlər üçün məkana çevriləcək, turizm məqsədləri üçün istifadə ediləcək.
Qeyd edək ki, Küminlinna qalasının 50 hektarlıq ərazisində təxminən 20 bina yerləşir. Divarların və tağların çoxu pis vəziyyətdədir və uçma təhlükəsi altındadır. Finlandiya Maliyyə Nazirliyinin hesablamalarına görə, ərazinin bərpası təxminən 18 milyon avroya başa gələcək.