BAKI, 19 may. TELEQRAF

“Titanik” gəmisinin faciəvi şəkildə batması dünya tarixinin ən unudulmaz dəniz fəlakətlərindən biri kimi yaddaşlara həkk olunub.

Teleqraf xəbər verir ki, 1912-ci ildə baş vermiş hadisə beynəlxalq faciə hesab edilir.

Qəza zamanı gəmidə olan sərnişin və ekipaj üzvləri müxtəlif ölkələrdən olan insanlar idi. “Titanik”də həyatını itirənlər arasında ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya və bir çox başqa ölkələrdən olanlar da olub.

Bəs batan gəmidə hansı ölkədən nə qədər insan həyatını itirib?

Rəqəmlər aşağıdakı kimidir:

İspaniya – 1 nəfər

Niderland – 1 nəfər

Çin – 2 nəfər

Portuqaliya - 4 nəfər

İsveçrə - 4 nəfər

Yunanıstan – 4 nəfər

İtaliya - 6 nəfər

Almaniya – 6 nəfər

Danimarka – 9 nəfər

Norveç - 18 nəfər

Finlandiya - 18 nəfər

Belçika – 18 nəfər

Bolqarıstan - 33 nəfər

Xorvatiya – 34 nəfər

Rumıniya - 41 nəfər

İrlandiya - 78 nəfər

İsveç - 86 nəfər

Böyük Britaniya - 223 nəfər

Osmanlı (Türkiyə) – 6 nəfər

Qəza zamanı həlak olan ABŞ vətəndaşlarının sayının yüzlərlə olduğu bildirilir.

Xatırladaq ki, “Titanik” suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi hesab olunurdu. İlk səyahəti zamanı – 1912-ci il aprelin 14-də Böyük Britaniyadan ABŞ-yə hərəkət edərkən Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1514 nəfər həlak olub.