Çinin Luilianq şəhərinin hökuməti yeni evlənənlərə 1,5 min yuan (təxminən 357 min manat) ödəyəcək.

Teleqraf.com xəbər verir ki, bu məbləğ birinci dəfə evlənənlərə və yaşı 35-dən az olan qadınlara veriləcək.

Bu qərar şəhərdə nikah və doğum nisbətlərinin aşağı düşməsinə görə verilib.