Tiktoker tutuquşu üç dəqiqə ərzində ən çox əşyanı müəyyən edən quş kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, tutuquşu 3 dəqiqə ərzində ona göstərilən 12 əşyanın adını bilib.

"Apollo" adlı tutuquşunun "TikTok"da 2,8 milyon, "YouTube"da isə 1,3 milyon izləyicisi var.