Xalq artisti Əjdər Həmidov Sabunçu rayonunda yerləşən mağazasından oğurluq edilməsi xəbərindən danışıb.

O, Teleqraf.com-a açıqlamasında xəbərin əssasız olduğunu deyib: “Mağazamda oğurluq baş verməyib. Bilmirəm bu xəbəri haradan çıxarırlar. Guya mağazamda kassadan pul oğurlanıb. Əgər kassadan pul oğurlansaydı, hüquq-mühafizə orqanlarına müraciət edərdim”.

Rəqsanə