Hindistanın məşhur kino mükafatı Bollivud “Oskar”ının təqdimatı ilk dəfə Moskvada keçiriləcək.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunun üçün danışıqlar başlanılıb. Mərasiminin aparıcısı isə məşhur hind aktyoru Şahrux Xan olacaq.
Təqdimat mərasimi bu ilin sentyabrında keçiriləcək. Hazırda təqdimatın Moskvada hansı məkanda keçiriləcəyi müzakirə edilir.
Qeyd edək ki, 2011-ci ildə “GQ” jurnalı Şahrux Xanı “Kino ikonu” elan edib. Bir il sonra isə o, dünya kinematoqrafiyasının ən varlı aktyoru seçilib.
Rüstəm