Xalq artisti Aygün Kazımova növbəti dəfə sevənləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, pop kraliça anşlaqla keçən gecədə hit mahnılarını səsləndirib, pərəstişkarları ilə söhbət edib və onlarla foto çəkdirib. "Məni sevdiklərimin, fanatlarımın məhəbbəti xilas edə bilər" deyən Kazımova "Hardasan" mahnısını səsləndirib.

Sevgidən söz açan müğənni "Sevgi qanadlandırır, uçurdur göyün yeddinci qatına qədər" sözlərini əlavə edib.

"Sevgilim, süz" mahnısını ifa edərkən Kazımova "Şərabı su ilə əvəz etmək olar. Sağlam həyata "hə" deyək" sözlərini bildirib.

Tamaşaçıların yanına düşən Aygün onlarla şəkil çəkdirib.

İzdiham qarşısında ölkənin əsas ulduzu çətin anlarla qarşılaşıb.